Şəmkir. Azər Məmmdli – APA. Bakı-Qazax magistral yolunda sürücünün xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə magistral yolun Şəmkir rayonu ərazisindən keçən ərazisində qeydə alınıb. “Mercedes” və “VAZ 2106” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”-ın sürücüsü, Şəmkir rayon sakini, Əhliman Məmmədov müxtəlif bədən xəsarətləri alaraq Şəmkir mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
Onun vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi idarəsində araşdırma aparılır.