Dövlət Komitəsi 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı tədbir keçirib - FOTO

Dövlət Komitəsi 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı tədbir keçirib - <span style="color: red;">FOTO
# 06 mart 2015 13:17 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Bu gün 8 Mart Beynəlxalq Qadınlar Gününə, Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının qəbul olunmasının 20 illiyinə həsr olunmuş tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunub.

Tədbirdə ilk olaraq Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə prezident İlham Əliyevin qadınlara ünvanladığı təbrik məktubunu səsləndirib.

Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla ictimai sahədə fərqlənmiş bir qrup qadın təltif olunub.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 1995-ci ildə Azərbaycan qadınlarının Pekin Konfransında F. Abdullazadənin başçılığı altında iştirakını diqqətə çatdırıb: “Bu il bütün dünya Pekin platformasının 20 illiyini qeyd edir. 20 il bundan əvvəl, biz Pekin Konfransında yüksək səviyyədə təmsil olunmuşduq. Pekin konfransında iştirak böyük əhəmiyyət kəsb edirdi. Mən bu gün Pekin Konfransında iştirak edən qadınların hamısına öz təşəkkürümü bildirirəm. O cümlədən Azərbaycan qadınlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm”.

H. Hüseynova çıxışından sonra 1995-ci ildə Pekin Konfransında iştirak etmiş qadınları təltif edib.

Sonda Pekin Konfransının 20 illiyinə həsr olunmuş qısametrajlı film nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR