"İnşaatçılar" metro stansiyasındakı eskalatorun təmiri başa çatıb

"İnşaatçılar" metro stansiyasındakı eskalatorun təmiri başa çatıb
# 20 may 2015 06:45 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Bakı Metropoliteni”nin "İnşaatçılar" stansiyasının birinci çıxışında (ATS tərəfdən) 3 saylı eskalatorun əsaslı təmiri başa çatıb.

“Bakı Metropoliteni” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, artıq bu gündən eskalator sərnişinlərin istifadəsinə verilib.

Qeyd edək ki, eskalatorun təmirinə bu il fevralın 24-də başlanılıb və 22 may tarixində başa çatdırılmalı idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR