Haitidə yük avtomobilinin aşması nəticəsində 18 nəfər ölüb

Haitidə yük avtomobilinin aşması nəticəsində 18 nəfər ölüb
# 15 avqust 2015 23:39 (UTC +04:00)

Bakı-APA. Haitidə yük avtomobilinin aşması nəticəsində 18 nəfər ölüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Kap-Ayityen şəhəri yaxınlığında qeydə alınıb.

Məlumata görə, yük avtomobilinin sürücüsü qarşıdan gələn motosikllə toqquşmadan yayınmağa çalışarkən idarəetməni itirib. Nəticədə insanları, taxta materiallarını və digər malları yerli bazara daşıyan maşın aşıb.

Qəza nəticəsində xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Yaralıların sayı barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR