Multikulturalizm Mərkəzi İndoneziyada dəyirmi masa keçirib

Multikulturalizm Mərkəzi İndoneziyada dəyirmi masa keçirib
# 28 sentyabr 2015 12:51 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) İndoneziyanın Coqyakarta şəhərində Muhammadiyyah dini-sosial təşkilatının üzvləri ilə “Azərbaycan multikultural ölkə modeli kimi” mövzusunda dəyirmi masa keçirib.

Mərkəzdən APA-ya verilən məlumata görə, dəyirmi masa qurumun xarici ölkələrin intellektual və administrativ məkanlarında Azərbaycan multikulturalizmi mövzusunda birdəfəlik mühazirələrin (dəyirmi masalar) təşkil edilməsi layihəsi çərçivəsində baş tutub.

Dəyirmi masada təşkilatın baş katibi, professor Agung Danarto, Ahmad Dahlan Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sabiran, Coqyakarta Muhammadiyah Universitetinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Toni Hariadi və digər şəxslər iştirak edib.

Tədbirdə BBMM-in fəaliyyəti və Azərbaycandakı multikultural mühit barədə ətraflı məlumat verilib: “Vurğulanıb ki, prezident İlham Əliyevin fərmanı ilə belə bir Mərkəzin yaradılması ölkəmizdə mutikulturalizm dəyərinə verilən önəmin göstəricisidir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini yenidən bərpa edib. Ümummilli lider multikulturalizm siyasətini hər zaman ölkəmizin demokratik inkişafının ayrılmaz tərkib hissəsi kimi görüb. Bu gün prezident İlham Əliyev Azərbaycanda multikulturalizm ənənələrinin qorunmasına yönəldilmiş bu siyasəti uğurla davam etdirir. Maraqlı keçən dəyirmi masada İndoneziyanın hər iki universitetinin nümayəndələri Azərbaycan multikulturalizmi ilə daha çox insanın ətraflı tanış olması üçün "Azərbaycan multikulturalizmi" fənninin həmin universitetlərdə tədris edilməsində maraqlı olduqlarını və bunun üçün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə müraciət edəcəklərini, İndoneziyanın da multikultaral ölkə olduğunu nəzərə alaraq bu sahədə sıx əməkdaşlığın vacib olduğu bildirlib”.

Qeyd edək ki, İndoneziyanın Coqyakarda şəhərində keçirilən dəyirmi masa sözügedən layihə çərçivəsində düzənlənən sayca beşinci tədbirdir.

Mərkəz bu ilin mart ayının 27-də İsveçrənin Frayburq universitetinin Sosial Elmlər Departamentinin professor-müəllim heyəti görüş, aprel ayının 21-də Italiyanın Vatikan Salesiana Universitetində "Azərbaycan multikulturalizmi və Qafqaz Albaniyası (udilər)" mövzusunda, aprelin 27-də Böyük Britaniyada BBC-nin Baş ofisində “Azərbaycan Multikulturalizmi” mövzusunda beynəlxalq dəyirmi masalar və may ayının 20-da isə Almaniyanın Brandenburq Elmlər Akademiyasında “Azərbaycanda multikulturalizm və dinlərarası dialoq: tarixi təcrübə və gələcəyin cəmiyyət modeli” mövzusunda beynəlxalq simpozium təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR