Kürdəmirdə yanğın olub

Kürdəmirdə yanğın olub
# 18 avqust 2015 08:12 (UTC +04:00)

Kürdəmir. Zahid Abışov – APA. Kürdəmir rayonunda yanğın hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Atakişili kəndində Hacıyev Elnur Tahir oğlunun həyətyanı sahəsində qeydə alınıb.

Ev sahibi evdə olmadığından yanğın barədə ilk xəbər tutan qonşular olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) Kürdəmir Yanğından Mühafizə Hissəsinin əməkdaşlarının səyi nəticəsində yanğın qısa müddətdə söndürülüb və alovun evə keçməsinin qarşısı alınıb.

Hadisənin baş vermə səbəbi araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR