Şabranda avtomobil aşıb, sürücü xəsarət alıb

Şabranda avtomobil aşıb, sürücü xəsarət alıb
# 21 aprel 2015 13:47 (UTC +04:00)

Şabran. Vəli Turan-APA. Bu gün günorta saatlarında Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhəd yolunun Şabran rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Rəhimli kəndi ərazisində qeydə alınıb. Şabran rayonu, Dəvəçikənd kənd sakini, 1978-ci il təvəllüdlü Murquzov Fərhad Nüsrəddin oğlunun idarə etdiyi “Mercedes” markalı minik maşını yoldan çıxaraq aşıb. Nəticədə sürücü müxtəlif bədən xəsarətləri ilə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-stabil olduğu bildirilir.


Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR