Sabirabadda fərdi yaşayış evi əşyaları ilə birlikdə yanıb - VİDEO

Sabirabadda fərdi yaşayış evi əşyaları ilə birlikdə yanıb - <span style="color: red;">VİDEO
# 03 aprel 2015 19:39 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı-APA. Sabirabadda fərdi yaşayış evi əşyaları ilə birlikdə yanıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sabirabad Yanğından Mühafizə hissəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, Sabirabad rayonu, Quruzma kəndində 1971-ci il təvəllüdlü Abbasov Salman Səttar oğluna məxsus ümumi sahəsi 112 kv.m olan birmərtəbəli, 3 otaq və aynabənddən ibarət olan ev əşyaları ilə birlikdə təmamilə yanıb.

Yanğının söndürülməsinə FHN Sabirabad Yanğından Mühafizə xidmətinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın saat 17:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR