Ucarda ev yanıb - VİDEO

Ucarda ev yanıb - <span style="color: red;">VİDEO
# 15 mart 2015 21:39 (UTC +04:00)

Ucar. Zahid Abışov – APA. Ucar rayonunda ev yanıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə martın 15-də axşam saatlarında Ucar şəhərinin Oğuz küçəsi, ev 16 ünvanında qeydə alınıb.

Ucar rayon sakini, 1945-ci il təvəllüdlü Babayev Rasim Mövsüm oğluna məxsus birmərtəbəli 4 otaqlı evdə güclü yanğın baş verib.

Yanğın baş verən zaman R. Babayev evdə olmadığından hadisə barədə yanğınsöndürənlərə qonşular xəbər verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Ucar Rayon Yanğından Mühafizə Hissəsinin 3 maşını və canlı qüvvəsi cəlb olunub.

İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində baş verən qısaqapanma olub. Yanğın zamanı ölən və xəsarət alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR