Bakıda Avropa İttifaqının İNOGATE Proqramı Texniki Katibliyinin enerji ekspertlərinin iştirakı ilə tədbir keçirilib

Bakıda Avropa İttifaqının İNOGATE Proqramı Texniki Katibliyinin enerji ekspertlərinin iştirakı ilə tədbir keçirilib
# 17 iyul 2014 15:19 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanın enerji sektorunu təmsil edən qurumların 50-dən nümayəndəsi və Avropa İttifaqının İNOGATE Proqramı Texniki Katibliyinin enerji ekspertlərindən ibarət əsas komandası, bu gün Bakıda uzun müddətdən bəri davam edən enerji əməkdaşlığının nəticələrinin dəyərləndirilməsi və ölkənin enerji sektorunun faydası naminə birgə fəaliyyət göstərmək üçün ən uyğun yolun müəyyənləşdirilməsi məqsədilə bir yerə toplaşıblar.

APA-Economics”in xəbərinə görə, bu informasiya tədbiri "Avropa İttifaqının İNOGATE Proqramı: Azərbaycanda Enerji Əməkdaşlığının Nailiyyətləri və İrəliyə Doğru" adlanır, Energetika Nazirliyi və Avropa İttifaqının İNOGATE Proqramı Texniki Katibliyinin birgə təşkilatçılığı ilə keçirilir.

Qərarverici şəxslər, aparıcı enerji təşkilatları və Azərbaycanın enerji sektorunu təmsil edən digər qurumların nümayəndələri ölkə iqtisadiyyatı və onun gələcəyi üçün zəruri olan, sektorun inkişafı üçün əsas prioritetlər və ehtiyaclar haqda müzakirələr aparıblar.

İNOGATE ekspertləri Avropa təcrübəsini paylaşacaq, enerji bazarının inkişafı, enerji siyasətinin möhkəmləndirilməsi üçün statistikanın strateji rolu, standartların uyğunlaşdırılması, enerji səmərəliliyinin zəruriliyi və onun təşviqi üçün mexanizmləri əhatə edən Aİ təcrübəsini təqdim ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR