SABAH qruplarına qəbul imtahanları başlayır

SABAH qruplarına qəbul imtahanları başlayır
# 04 iyul 2014 12:42 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. İyulun 6-da SABAH qruplarına qəbul imtahanı keçiriləcək.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, imtahan Azərbaycan Dövlət İqtisad Universitetinin 1-ci tədris binasında təşkil olunacaq. Burada ölkənin 34 ali təhsil müəssisəsinndən seçilmiş 1-ci kurs tələbələrinin iştirakı nəzərdə tutulub. Ümumilikdə, 53 ixtisası əhatə edən tələbələr imtahanda ingilis dili və məntiqdən hər biri 25 sual olmaqla ümumi 50 sualı 1,5 saat ərzində cavablandırmalıdır.

Hər bir test sualı 1 balla qiymətləndirilir. Səhv cavablar düz cavabları ixtisar etmir. İmtahanın nəticələri emal olunduqdan sonra Təhsil Nazirliyinin rəsmi internet səhifəsində və sabah.edu.az saytında yerləşdiriləcək.

Qeyd edək ki, SABAH qruplarına daxil olmaq üçün ərizə qəbulu mayın 12-dan iyunun 15-dək aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR