Azərbaycanın müdafiə naziri Qırğızıstana rəsmi səfərə gedib

Azərbaycanın müdafiə naziri Qırğızıstana rəsmi səfərə gedib
# 31 may 2015 19:34 (UTC +04:00)

Bakı-APA. Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Qırğızıstana rəsmi səfərə gedib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər Qırğızıstanın müdafiə naziri Abibilla Kudayberdiyevin dəvəti ilə olub.

Səfər çərçivəsində Z. Həsənovun Qırğızıstanın Müdafiə Nazirliyində görüşləri, bir sıra hərbi hissələrə ziyarətləri nəzərdə tutulub.

Müdafiə Nazirliyində aparılacaq danışıqlar zamanı ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və perspektiv istiqamətlərinin nəzərdən keçirilməsi, müdafiə və təhlükəsizlik məsələləri barədə fikir mübadiləsinin aparılması planlaşdırılır.

Səfər iyunun 2-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR