Ağsuda fərdi ev yanıb

Ağsuda fərdi ev yanıb
# 02 iyul 2015 22:37 (UTC +04:00)

Bakı – APA. Ağsu rayonunda 3 otaqlı evdə yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ağsu rayonu, Ağalarbəyli kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı 12 kv.m sahədə və döşəməsi 3 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR