Fərhad Abdullayev: “Azərbaycanın inkişafı Konstitusiyaya söykənir”

Fərhad Abdullayev: “Azərbaycanın inkişafı Konstitusiyaya söykənir”
# 12 noyabr 2015 08:38 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. “Azərbaycan Konstitusiyası fundamental, əsas qanun kimi özünü doğruldur. Bu gün Azərbaycanın inkişafı Konstitusiyaya söykənir”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Ombudsmanların XIII Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanın daxili və xarici siyasət sahəsində, sivil, demokratik, dünyəvi dövlət kimi özünü beynəlxalq arenada sübut etməsi Azərbaycan Konstitusiyasının mütərəqqi və dəyərli sənəd olduğunu göstərir: “Biz Azərbaycanda hüquqi və demokratik dövlətin qurulmasına nail olmuşuq. Azərbaycan bütün sahələrdə tam layiqli partnyor kimi özünü göstərir. Biz bütün böyük layihələrdə iştirak edirik, nüfuzlu tədbirlərə ev sahibliyi edirik. Bizim çox uğurlu və bəşəri konstitusiyamız var”.

F. Abdullayev əlavə edib ki, 12 noyabr Azərbaycan Konstitusiyasının qəbul edilməsi tarixi və əlamətdar hadisədir: “Bu gün dövlət bayramıdır. 20 il bundan əvvəl ümumxalq referendumu yolu ilə müstəqil Azərbaycanın ilk konstitusiyası qəbul olunub. Mən hesab edirəm ki, müstəqil Azərbaycanın nail olduğu ən böyük nailiyyətlərdən ən mühümü konstitusiyasının qəbul edilməsidir”.

F. Abdullayev qeyd edib ki, Azərbaycan Konstitusiyasına iki dəfə dəyişiklik edilib, edilən dəyişikliklər yalnız insan hüquq və azadlıqlarının genişlənməsi ilə bağlı olub: “Bu gün bizim Ombudsman təsisatı ilə çox sıx əlaqələrimiz var. Bir çox hüquqi, sosial, cinayət, mülki-prosessual qərarlarımız var ki, onlar Ombudsman tərəfindən sorğu ilə bizə müraciət əsasında qəbul olunub. Bu əməkdaşlıq davam etməlidir. Ombudsmanın fəaliyyəti olduqca müsbətdir. O vətəndaş və dövlət arasında çox aktiv mövqedədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR