Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 9 May - VİDEO

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 9 May - <span style="color: red;">VİDEO
# 09 may 2015 17:02 (UTC +04:00)

II Dünya müharibəsində Almaniya diviziyalarının tərkibində yaradılmış Azərbaycan legionlarının cəmi bir döyüşdə iştirak etməsinin maraqlı tarixçəsi var. İlk döyüşdən sonra Azərbaycan legionunun əsgəri, yaşlı bir kişi sovet əsgərlərinin səngərinə daxil olur, öldürdüyü əsgərin çəkməsini çıxarmağa çalışır. Çəkməni çıxardıqdan sonra əsgərin sağ ayağında böyük xal görür və bu nişanədən öldürdüyü sovet əsgərinin öz oğlu olduğunu anlayır. Bu hadisədən sonra Məmmədəmin Rəsulzadə alman hərbi komandanlığına müraciət edərək, Azərbaycan legionlarını cəbhə xəttindən geri çəkməyi xahiş edir, Azərbaycan legionları arxa cəbhədə mühafizə işlərinə cəlb edilirlər. Müharibənin faciəsi budur – alman legionunda döyüşən azərbaycanlı sovet qoşunları sırasında döyüşən oğlunu öldürməsi...

Müharibə və faciə sözləri sinonimdir... Qələbə və sevinc anlayışları kimi... II dünya müharibəsi bütün bəşəriyyətin faciəsi idi, əldə olunan Qələbə bütün bəşəriyyətin qələbəsi idi. Bütün xalqların, qaliblərin və məğlubların qələbəsi... Bu Qələbədə bizim də payımız var - hər iki tərəfdən döyüşmüş azərbaycanlıların! Müharibədə bizə Qələbə sevincini yaşatmaq üçün həlak olmuş soydaşlarımızın ruhunu hörmətlə anır, sağ qalan veteranlarımıza uzun ömür diləyirik. Bayramınız mübarək!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR