Bakıda fəhlə binadan düşərək ölüb

Bakıda fəhlə binadan düşərək ölüb
# 29 aprel 2015 09:37 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda tikintidə daha bir ölüm faktı qeydə alınıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə aprelin 28-də Suraxanı rayonunun Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbədə inşa edilən binada fəhlə işləyən Bakı şəhər sakini Elmir Kazımov 4-cü mərtəbədən yıxılıb. Xəstəxanaya yerləşdirilən E.Kazımov orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR