Ağcabədi sakini qətlə yetirilib - VİDEO

Ağcabədi sakini qətlə yetirilib - <span style="color: red;">VİDEO
# 06 may 2015 08:46 (UTC +04:00)

Ağcabədi. Teymur Zahidoğlu - APA. Ağcabədi rayonunun Aşağı Avşar kəndində qətl hadisəsi baş verib.

Kənd sakinlərinin APA-nın Qarabağ bürosuna verdiyi xəbərə görə, 1985-ci il təvəllüdlü Saqibət Asif oğlu Qədimov bu gün səhər saat 5 radələrində naməlum şəxs və ya şəxslər tərəfindən evindən küçəyə çağırılıb.

Onun geri qayıtmadığını görən yaxınları S. Qədimovu kəndin yaxınlığındakı sahədə qan içində tapıblar. Yaralı Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Məlumata görə, S. Qədimova balta ilə boyun nahiyəsindən və bədənin bir neçə yerindən ağır xəsarətlər yetirilib.

Mərhumun Bakıda yaşayıb, işlədiyi, rayona ailəsinə baş çəkmək üçün gəldiyi bildirib.

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR