İntiqam Əliyev barəsində hökmdən apellyasiya şikayəti verilib

İntiqam Əliyev barəsində hökmdən apellyasiya şikayəti verilib
# 07 may 2015 15:39 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Həbsdə olan Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevin barəsində olan hökmdən apellyasiya şikayəti verilib.


Bu barədə APA-ya məlumat verən vəkil Elçin Sadıqov şikayətin bu gün məhkəməyə təqdim edildiyini deyib.


Qeyd edək ki, İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İntiqam Əliyev 3 il hər hansı vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR