Lənkəranda zəncirvari qəzada 3 avtomobil yararsız vəziyyətə düşüb - FOTO - VİDEO

Lənkəranda zəncirvari qəzada 3 avtomobil yararsız vəziyyətə düşüb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 02 sentyabr 2015 19:01 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, hadisə sentyabrın 2-də, saat 19.30 radələrində Lənkəran-Boradigah şosesinin yolun rayonun Şağlaser kəndindən keçən hissəsində qeydə alınıb.

Lənkəranın Cil kənd sakini, 1970-ci il təvəllüdlü Fövzü Bağırovun idarə etdiyi “Mersedes” markalı, 99 GE 858 dövlət nömrə nişanlı minik avtomobili qarşı tərəfdən gələn rayonun Cil kənd sakini, 1981-ci il təvəllüdlü Farid Eyvazovun idarə etdiyi “VAZ-21011” markalı, 05 BD 735 dövlət nömrə nişanlı minik maşını ilə toqquşub. Daha sonra “Mersedes” markalı avtomobil yolun kənarında dayanmış Lənkəranın Şağlaser kənd sakini, 1975-ci il təvəllüdlü Yalçın Əliyevə məxsus “VAZ-2106” markalı, 15 BG 879 dövlət nömrə nişanlı minik avtomobilinə çırpılıb.

Xoşbəxtlikdən xəsarət alan olmasa da, güclü zərbə nəticəsində hər üç nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Hadisə baş verən ərazidə tıxac yaranıb. Əraziyə yol polisinin əməkdaşları cəlb olunublar. Onların müdaxiləsi ilə şose yolda mövcud olan gərginlik aradan qaldırılıb. Həmçinin qəza baş verən ərazi müayinə olunub.

Hadisənin baş vermə səbəbləri həyata keçirilmiş avtoekspertizanın rəyindən sonra məlum olacaq. Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR