Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 12 Mart - VİDEO

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 12 Mart - <span style="color: red;">VİDEO
# 12 mart 2015 17:11 (UTC +04:00)

Bakı-APA. Tikrit əməliyyatı Kobanidən sonra İŞİD-in imicinə zərbə vuran ikinci əməliyyatdır. Bu əməliyyat İŞİD terror təşkilatını məhv etmək əməliyyatı deyil, İŞİD-in mövcudluğunda maraqlı olan qüvvələr buna heç vaxt imkan verməzlər. Tikrit əməliyyatı İŞİD-i idarəolunan qüvvə halına qaytarmaq məqsədi daşıyır, Qərbin nəzərində bu terror təşkilatının tək “günahı” idarəolunmaz hala gəlməsidir. Bölgədə gedən proseslərin təhlili bəzi proqnozlar səsləndirməyə imkan verir. Birincisi, İŞİD-in İraq ərazisində təsir dairəsi azaldılacaq, ikincisi, əməliyyatlar nəticəsində terror təşkilatı əsas fəaliyyət bölgəsinə - Suriyaya doğru sıxışdırılacaq, üçüncüsü, İŞİD İraq ərazisində fəaliyyətini davam etdirilsə belə, strateji bölgələrdən – neft yataqları regionu və su anbarları bölgəsindən uzaqlaşdırılacaq. Neft yataqlarına nəzarət etməyən İŞİD hətta İraq hökuməti üçün belə təhlükə kəsb etmir. Tikrit əməliyyatının və Mosul hərəkatının qayəsində də bu məqam dayanır...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR