Anjey Kaspşik cəbhədə gərginliyin artmasından narahatdır

Anjey Kaspşik cəbhədə gərginliyin artmasından narahatdır
# 03 sentyabr 2015 10:53 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Ermənistan müdafiə nazirinin birinci müavini David Tonoyan sentyabrın 2-də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.


APA-nın “armenpress.com”a istinadən verdiyi xəbərə görə, görüşdə son vaxtlar Ermənistan-Azərbaycan sərhədində və Dağlıq Qarabağda, qoşunların təmas xəttində yaranan vəziyyət müzakirə olunub. Tərəflər atəşkəs rejiminin pozulması hallarının artması və iriçaplı silahlardan istifadə edilməsindən narahatlıqlarını bildiriblər. D. Tonoyan həmçinin 3-6 sentyabr tarixlərində keçiriləcək “Şant-2015” təlimlərinin məqsədləri və çərçivələri barədə məlumat verib.

Qeyd edək ki, A. Kaşpşik bu gün Dağlıq Qarabağ separatçılarının başçısı Bako Saakyanla da görüşüb. O, sentyabrın 4-də təmas xəttində monitorinq keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR