“Texnikabank”ın keçmiş filial müdirinin həbsdə olan oğlunun şikayəti təmin edilib

“Texnikabank”ın keçmiş filial müdirinin həbsdə olan oğlunun şikayəti təmin edilib
# 10 mart 2015 09:17 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində “Texnikabank”ın həbsdə olan sabiq əməkdaşı İslam Yusifovun apellyasiya şikayətinə baxılıb.

APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin edib. Xəzər Rayon Məhkəməsinin onun barəsində çıxardığı qərar ləğv edilib.

Qeyd edək ki, İ. Yusifov cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsinə dair ərizə ilə Xəzər rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə onun ərizəsini təmin etməyib. Bundan sonra İ. Yusifov Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Bakı Apellyasiya Məhkəməsi Xəzər rayon Məhkəməsinin qərarını ləğv edib, məhkumun ərizəsini isə təmin edib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə “Texnikabank” ASC-nin Bakı filialının keçmiş müdiri Zal Yusifov əmlakı müsadirə olunmaqla 15 il müddətinə azadlıqdan məhrum olunub. Z. Yusifovun oğlu İslam Yusifov isə 8 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilib.

İttiham aktına görə, “Texnikabank”ın Bakı filialının sabiq rəhbəri Zal Zakir oğlu Yusifov və filialın əməkdaşları onun oğlu İslam Yusifov, Vüqar Behbudov, Səmayə Məmmədova, Ramal Yusifov, Rauf Əhmədov, Ülvi Hüseynov, Fəxri Hüseynov, Dağıstan Nəsirov, Akif Həsənov, Elşən Həsənov, İntiqam Sultanov, Mübariz Zeynalov, Saleh Qasımov, Məhəmməd Mürsəlov 81 müştərinin pulunu mənimsəyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR