Göygöldə avtomobil aşıb, ölən və yaralananlar var

Göygöldə avtomobil aşıb, ölən və yaralananlar var
# 04 aprel 2015 10:25 (UTC +04:00)

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 3-də saat 06.00 radələrində Göygöl rayonunun Alabaşlı kəndində Şəmkir rayon sakini Kəmaləddin Qafarov idarə etdiyi “QAZel” markalı avtomobili aşırıb.

Nəticədə onun sərnişini, həmyerlisi Səfər Tağıyev hadisə yerində ölüb. Digər iki sərnişin isə xəstəxanaya yerləşdirilib.

Göygöl Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR