Bakı və Xırdalan şəhər sakinləri dəm qazından boğularaq ölüb

Bakı və Xırdalan şəhər sakinləri dəm qazından boğularaq ölüb
# 16 noyabr 2015 10:32 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakı və Xırdalanda dəm qazından ölüm faktı baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə noyabrın 15-də qeydə alınıb. Binəqədi rayonu ərazisində yaşayan Mirtural Məmmədzadə və Xırdalan şəhərində yaşayan Aytac Abbaszadə mənzillərində dəm qazından zəhərlənərək ölüblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR