Bakıda 46 yaşlı kişini qətlə yetirən şəxs müəyyən edilib - VİDEO - YENİLƏNİB

Bakıda 46 yaşlı kişini qətlə yetirən şəxs müəyyən edilib - <span style="color: red;">VİDEO  - <span style="color: red;">YENİLƏNİB
# 28 fevral 2015 07:35 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda qətl törədən şəxsin adı məlum olub.

Bakı Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsi və Rayon Prokurorluğunun əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində 1969-cu il təvəllüdlü İlham Feyzulini qətlə yetirən qonşusu, 1988-ci il təvəllüdlü Teymur Məmmədov olduğu məlum olub.

Hazırda onun tutulması istiqamətində zəruri əməliyyat tədbirləri davam etdirilir.

***

saat 06.41

Bakı. Fərahim Qasımov-APA. Ötən gecə paytaxtda qətl hadisəsi qeydə alınıb.

APA-nın məlumatına görə, 46 yaşlı kişi bıçaqlanaraq öldürülüb. Hadisə paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb. Arzu Rzayev küçəsi ev 10, mənzil 19 ünvanında yaşayan 46 yaşlı İlham Feyzulini qonşuları küçənin ortasında yaralı halda görüblər. Kömək istəyən yaralı təcili yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Xəstəxanada məlum olub ki, İlham Feyzuli naməlum şəxs tərəfindən daxili nüfuz edən 4 bıçaq zərbəsi alıb. Həkimlərin müdaxiləsinə baxmayaraq çoxlu qan itirən yaralı dünyasını dəyişib.

Qətli törədən şəxsə gəlincə Suraxanı Rayon Polis İdarəsi onun kimliyini araşdırır. Qatilin müəyyən edilərək tutulması istiqamətində axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR