Cənubi Koreyanın Azərbaycandakı səfiri Bilik Fondunda olub - FOTO

Cənubi Koreyanın Azərbaycandakı səfiri Bilik Fondunda olub - <span style="color: red;">FOTO
# 04 mart 2015 10:48 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Cənubi Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-in Prezident yanında Bilik Fondunun qonağı olub. Fonddan APA-ya verilən məlumata görə, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov səfiri rəhbərlik etdiyi qurumun əməkdaşları ilə tanış edib və həyata keçirilən layihələr barədə məlumat verib.

Görüşdə qarşılıqlı əməkdaşlıqla bağlı təkliflər səsləndirən O.Səmədov bildirib ki, Fondun xarici əlaqələri genişlənir və bu istiqamətdə Cənubi Koreya ilə birgə layihələr həyata keçirmək məqsədəuyğun olar.

Bilik Fondunun Qardaşlaşmış məktəblər layihəsini xatırladan icraçı direktor Türkiyə, Çexiya, Ukrayna məktəblərinin Azərbaycanlı həmkarları ilə qardaşlaşmaq niyyətində olduqlarını deyib, bu sırada Koreya məktəblilərinin də olmasını arzuladıqlarını dilə gətirib.

Cənubi Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-in Bilik Fondu ilə görüşdən, həmçinin səsləndirilən təkliflərdən məmnun qaldığını deyib. Səfir bildirib ki, Bilik Fondu ilə geniş əməkdaşlığa hazırdır.

Çoi Suk-in səfirliyin diplomatlarından birini məhz Bilik Fondu ilə əlaqələr üzrə məsul şəxs təyin edəcəyini də diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR