Bakı Ali Neft Məktəbində tələbələrin 1-ci elmi texniki konfransı keçirilib - FOTO

Bakı Ali Neft Məktəbində tələbələrin 1-ci elmi texniki konfransı keçirilib - <span style="color: red;">FOTO
# 15 aprel 2013 06:55 (UTC +04:00)

Bakı-APA. Bakı Ali Neft Məktəbində tələbələrin Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş “İnformasiya-kommunikasiya texnologiyalarının neft-qaz və kimya mühəndisliyində tətbiqi” mövzusunda elmi-texniki konfransı keçirilib.

Məktəbdən APA-ya verilən məlumata görə, konfransın plenar iclasını açan rektor Elmar Qasımov Bakı Ali Neft Məktəbinin tələbələrinin ilk konfransının Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmasının bu dahi insanın şəxsiyyətinə böyük hörmət və ehtiramın təzahürü olduğunu qeyd edib. O, Bakı Ali Neft Məktəbində cəmi 7 ay ərzində təhsil alan tələbələrin elmi işlərə həvəs göstərməsini həm onların yüksək biliklərə malik olması, həm də Ali Məktəbdə elmi fəaliyyətin dəstəklənməsi ilə əlaqələndirilib, tələbələrin həm də digər ali məktəblərdə keçirilən elmi forumlara məruzələrin təqdim etdiyini vurğulayıb.

Tədbirdə iştirak edən ARDNŞ-in kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, professor Rasim Əliquliyev və AMEA-nın Neft-kimya prosesləri İnstitutunun direktoru, professor Vaqif Abbasov tələbələrin kompüter və informasiya-kommunikasiya texnologiyalarını ilk təhsil illərində dərindən mənimsəmələrinin təqdirəlayiq olduğunu qeyd ediblər.

Daha sonra tələbələrin konfransın Təşkilat Komitəsi tərəfindən seçilmiş 20 məruzəsi, onlardan 10-u Azərbaycan, 10-u ingilis dilində dinlənilib. Münsiflər heyəti tərəfindən ən yüksək qiymətə layiq görülmüş məruzələrin müəllifləri Təşkilat Komitəsi tərəfindən konfransın yekun iclasında mükafatlandırılacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR