Gəncədə avtomobil yolu keçmək istəyən qadını vurub

Gəncədə avtomobil yolu keçmək istəyən qadını vurub
# 28 sentyabr 2015 19:01 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə şəhərin Nizami küçəsində qeydə alınıb. Samux rayon sakini, 1959-cu il təvəllüdlü Solmaz Nəcəfzadə yolu keçmək istəyərkən “Opel” markalı avtomobillə vurulub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR