Azərbaycanın daha bir bankı "eManat"a inteqrasiya edib

Azərbaycanın daha bir bankı "eManat"a inteqrasiya edib
# 01 iyul 2015 09:09 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “TuranBank” və “Modenis” MMC-nin birgə layihəsi çərçivəsində bankın müştəriləri nağd və kart kreditləri üzrə ödənişlərini Azərbaycanın bir çox şəhər və qəsəbələrində yerləşdirilən və sayı 1 200-ü keçən “eManat” ödəniş terminalları vasitəsilə həyata keçirə bilərlər.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, terminallar vasitəsilə kredit ödənişi sürətlə həyata keçirilir və istifadə qaydaları kifayət qədər sadədir. Müştərilər İD nömrəsini daxil edib ödənişlərini həftənin bütün günləri, günün 24 saatı ərzində həyata keçirə bilərlər. Ödənişlər üçün istifadəçilərdən komissiya haqqı tutulmur.

Bununla yanaşı, terminallar vasitəsilə bankın müştəriləri özlərinə məxsus debet kartlarının hesabına vəsait yatırmaq imkanı da qazanıblar. Bunun üçün onlar müştəri nömrəsini və “TuranBank”dan aldıqları debet kartın son dörd rəqəmini daxil etməlidirlər.

Qeyd edək ki, “eManat” ödəmə terminalı vətəndaşlara kommunal xidmət, mobil rabitə, telefon, internet, kabel televiziyası, bank və digər ödənişləri tez, rahat və etibarlı şəkildə ödəmək imkanı yaradır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR