İki nəfərin ölümünə səbəb olan sürücüyə hökm oxunub

İki nəfərin ölümünə səbəb olan sürücüyə hökm oxunub
# 21 may 2015 13:51 (UTC +04:00)

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə İ. Mehrəliyev 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 1987-ci il təvəllüdlü İntiqam Cəmşid oğlu Mehrəliyevin idarə etdiyi “Iveco” markalı yük avtomobili ilə 1980-ci il təvəllüdlü Rahat Əmənulla oğlu Muradovun idarə etdiyi “Tofaş” markalı minik avtomobili Bakı-Quba avtomobil yolunun 49-cu km-də toqquşub.

Qəza nəticəsində R. Muradov və sərnişini, 1985-ci il təvəllüdlü Emil Tahir oğlu Əsgərov hadisə yerində ölüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR