"SOCAR-Azərbaycan" Avropa Kubokunda gümüş medal qazanıb

"SOCAR-Azərbaycan" Avropa Kubokunda gümüş medal qazanıb
# 25 oktyabr 2015 05:15 (UTC +04:00)

APA-nın məlumatına görə, son turda ölkəmizin "SOCAR-Azərbaycan" klubu Rusiyanın "Mednıy Vsadnik" kollektiviylə heç-heçə oynayıb 3:3. Digər təmsilçimiz "Odlar Yurdu" Rusiyanın "Naşe naslediye" klubuna uduzub 2.5:3.5.

7 turda sonra 13 xal toplayan "Sibir" klubu ilk dəfə Avropa Kubokunun qalibi olub. Turnirin ötənilki qalibi "SOCAR-Azərbaycan" 11 xalla ikinci yeri tutub və gümüş medala layiq görülüb. Gənc şahmatçılardan ibarət "Odlar Yurdu" yarışı 13-cü pillədə başa vurub.

"SOCAR-Azərbaycan"ın şahmatçısı Maykl Adams dördüncü lövhədə 5 xal toplamaqla ən yaxşı ikinci yerin sahibi kimi xüsusi mükafat qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR