Ötən il telekanallar barəsində 7 halda inzibati tənbeh tədbiri tətbiq edilib

Ötən il telekanallar barəsində 7 halda inzibati tənbeh tədbiri tətbiq edilib
# 04 mart 2015 14:24 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Ötən il Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən teleradio yayımı sahəsində qanunvericiliyin tələblərinin pozulması hallarına görə telekanallar barəsində 7 halda inzibati tənbeh tədbiri tətbiq edilib və 1 televiziyaya irad tutulub. APA-nın məlumatına görə, bu barədə MTRŞ-nın 2014-cü il üzrə illik hesabatında məlumat verilib. Bunlardan 6-sı xəbərdarlıq, 1-i isə cərimə sanksiyası olub.

“Televiziya və radio yayımı haqqında” qanunun tələblərini pozduqlarına görə “ANS Müstəqil Yayım və Media Şirkəti” (2 dəfə), “Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası”, “Lider TV və Radio Azərbaycan” MMC (2 dəfə), “İctimai Televiziya və Radio Yayımları Şirkəti” və “Space Müstəqil Teleradio Şirkəti”nə (2 dəfə) xəbərdarlıq elan edilib.

2014-cü il sentyabrın 15-də yayımlanan “Salam Azərbaycan” verilişində ədəbsiz ifadələrdən istifadə edilməsinə görə “ANS Müstəqil Yayım və Media Şirkəti”nə irad tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR