Prokurorluq orqanları əməkdaşları ağacəkmə kampaniyası keçirib - FOTO

Prokurorluq orqanları əməkdaşları ağacəkmə kampaniyası keçirib - <span style="color: red;">FOTO
# 25 aprel 2015 09:41 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Prokurorluq orqanları əməkdaşları ağacəkmə kampaniyası keçirib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya aprelin 25-də Baş Prokurorluğun, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə növbəti ağacəkmə kampaniyası keçiriblər.

Qeyd olunub ki, IDEA İctimai Birliyinin “Yaşıl marafon” layihəsi çərçivəsində birliyin təsis edildiyi dövrdən etibarən həyata keçirilən genişmiqyaslı ağacəkmə aksiyaları çərçivəsində ölkə ərazisində 4 milyondan artıq ağac əkilib.

Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında İlham Əliyevin ekoloji mühitin, xüsusilə yaşıllıqların mühafizəsi ilə bağlı tapşırıq və tövsiyələrinə, həmçinin mövcud ənənəyə uyğun olaraq prokurorluq orqanlarının əməkdaşları ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaxından dəstəyi ilə ağacəkmə kampaniyası keçirib.

Əməkdaşların fəallığı ilə müşayiət olunan tədbirdə Bakı - Heydər Əliyev Beynəlxalq Aeroportu avtomagistralının Suraxanı rayonu ərazisindən keçən hissəsində 3 hektar ərazidə beş yüzdən artıq Eldar şamı və zeytun ağacları əkilib, eyni zamanda həmin ərazidə ötən illərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilmiş və təmizlik-abadlıq işləri aparılıb.

Əkilən ağacların inkişafı üçün münbit torpaq və mineral gübrələrdən istifadə olunub, həmçinin onların küləkdən qorunması və mühafizəsi məqsədilə zəruri tədbirlər görülüb. Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR