Dünya bazarında qızıl 5 dollaradək ucuzlaşıb

Dünya bazarında qızıl 5 dollaradək ucuzlaşıb
# 29 aprel 2015 06:32 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,40% - 18 110,14 bəndədək, S&P 500 0,28% - 2 114,76 bəndədək artıb, NASDAQ 0,10% - 5 055,42 bəndədək azalıb.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,03% - 7 030,53 bəndədək, Fransa CAC-40-ı 1,81% - 5 173,38 bəndədək, Almaniya DAX-ı 1,89% - 11 811,66 bəndədək ucuzlaşıb.

Asiya fond bazarında Nikkei 225 indeksi 0,38% - 20 058,95 bəndədək artıb, Hang Seng 0,42% - 28 323,54 bəndədək, Shanghai 0,35% - 4 460,43 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 4,50 dollar azalaraq 1 209,40 dollara, gümüş isə 0,05 dollar ucuzlaşaraq 16,58 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR