“Muğanbank”da vaxtı keçmiş kreditlərin həcmi kəskin artıb

“Muğanbank”da vaxtı keçmiş kreditlərin həcmi kəskin artıb
# 19 yanvar 2015 08:27 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci il yanvarın 1-nə “Muğanbank” ASC aktivlərinin həcmi 427,926 mln. manata çatdırılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,71% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, 2014-cü ilin sonuna bankın kredit portfeli 291,328 mln. manat olub ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 32,68% artım deməkdir.

Hesabat dövründə bankda istehlak kreditlərinin məbləği bir il ərzində 2,1 dəfə artaraq 127,529 mln. manat olub. Kredit portfelində vaxtı keçmiş kreditlərin həcmi 65,43% artaraq 15,799 mln. manat təşkil edib ki, bu da mövcud kredit portfelinin cəmi 5,42%-ni təşkil edir.

Cari ilin əvvəlinə ipoteka kreditləri 10,57% artaraq 39,926 mln. manata bərabər olub.

Bankın depozit portfeli 14,16% artaraq 162,217 mln. manata, əhalinin əmanətləri isə 16,70% artım göstərərək 116,016 mln. manata çatıb.

Hesabat dövründə bankın öhdəlikləri 2,3 dəfə artaraq 48 mln. 983,78 min manat təşkil edib.

“Muğanbank” Azərbaycan Mərkəzi Bankın tələbini də artıq yerinə yetirib. Bank məcmu kapitalını hesabat dövründə 7,92% artıraraq 54 mln. 55,735 min manata çatdırıb.

Bankın nizamnamə kapitalı 9,68% artaraq 45 mln. 305,8 min manat təşkil edib.

Ötən il “Muğanbank”ın gəlirləri 37,91% artaraq 59 mln. 309,11 min manat, xərcləri 41,56% artaraq 53 mln. 188,9 min manat, xalis mənfəəti isə 4 mln. 697,67 min manat təşkil edib.

Bankın hal hazırda 44 filialı, 57 bankomatı və 659 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR