Rusiya XİN: Sanksiyalar ABŞ-ın öz maraqlarına zərbə vuracaq

Rusiya XİN: Sanksiyalar ABŞ-ın öz maraqlarına zərbə vuracaq
# 02 sentyabr 2015 13:48 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “ABŞ-ın Rusiya Federasiyasına qarşı yeni sanksiyaları beynəlxalq stabillik üçün ciddi təhlükədir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə ABŞ-ın Rusiya şirkətlərinə qarşı tətbiq etdiyi yeni sanksiyalarla bağlı Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.


Bəyanatda bildirilir ki, ABŞ tərəfindən son zamanlar Rusiyaya qarşı hərbi, iqtisadi, viza və digər sahələrdə sanksiyaların tətbiq edilməsi, anti-Rusiya sanksiya siyahısının genişləndirilməsi düşmənçilik fəaliyyəti silsiləsindən növbəti elementdir: “Vaşinqtonun qəbuledilməz ritorikası aşıb-daşır. Bu cür siyasi kurs hətta ABŞ-ın müttəfiqləri arasında da narahatlıq doğurur. Sanksiyalar beynəlxalq sistem üçün ciddi təhlükədir və şübhəsiz ki, bumeranq kimi Amerikanın öz maraqlarına zərbə vuracaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR