Milli Məclis sədri: “Ermənistan Avropa Şurasının Qarabağ münaqişəsinin həlli ilə bağlı qərarlarına qeyri-konstruktiv mövqe nümayiş etdirir”

Milli Məclis sədri: “Ermənistan Avropa Şurasının Qarabağ münaqişəsinin həlli ilə bağlı qərarlarına qeyri-konstruktiv mövqe nümayiş etdirir”
# 13 mart 2015 13:23 (UTC +04:00)

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, O. Əsədov R. Valterin çox çətin bir missiyasının olduğunu deyib və onun bu işin öhdəsindən layiqincə gələcəyinə inandığını bildirib.

Spiker R. Valterin ədalətli və prinsipial fəaliyyətini yüksək qiymətləndirib.

O. Əsədov Avropa Şurasının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qəbul etdiyi qərarlara Ermənistan tərəfinin qeyri-konstruktiv mövqe nümayiş etdirdiyini diqqətə çatdırıb.


R. Valter isə Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərdə son dövrlərdəki gərginliyi nəzərə alaraq, hesabat tərtib etməli olduğunu söyləyib. O bildirib ki, hesabatda son 20 ildə baş verən proseslər, problemin hələ də həll olunmamasının səbəbləri, münaqişə nəticəsində qaçqın və məcbur köçkün vəziyyətinə düşmüş insanların vəziyyəti öz əksini tapacaq.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR