Fransada təyyarə qəzaya uğrayıb, 4 nəfər ölüb

Fransada təyyarə qəzaya uğrayıb, 4 nəfər ölüb
# 11 mart 2015 21:02 (UTC +04:00)

Bakı-APA. Fransada yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Orn departamentinin Arjentan şəhəri yaxınlığında qeydə alınıb.

Şahidlərin sözlərinə görə, təyyarə eniş edərkən qəzaya uğrayıb. Qəzanın baş vermə səbəbi hələ ki, məlum deyil.

Xatırladaq ki, martın 9-da Argentinada helikopter qəzasında Fransanın 3 məşhur idmançısı həyatını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR