Həyat yoldaşı: “Vaqif Səmədoğlunun müalicə üçün yenidən İsrailə qayıdıb-qayıtmayacağı bəlli deyil”

Həyat yoldaşı: “Vaqif Səmədoğlunun müalicə üçün yenidən İsrailə qayıdıb-qayıtmayacağı bəlli deyil”
# 11 avqust 2014 11:14 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Xalq şairi Vaqif Səmədoğlunun müalicə üçün yenidən İsrailə qayıdıb-qayıtmayacağı bəlli deyil.

V. Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilovanın APA-ya verdiyi məlumata görə, şairin müalicəsi davam edir: “Vəziyyəti normal qiymətləndirilir. Hazırda müalicəsi davam edir, həkimlərin yazdığı dava-dərmanı qaydasında qəbul etməyə çalışırıq. Bir neçə gündür bağa gəlib, istirahət edir. Müalicənin harada davam etdiriləcəyi həkimlərin rəyindən asılıdır”.

N. Vəkilova əlavə edib ki, V. Səmədoğlunun səhhəti Milli Onkologiya Mərkəzinin mütəxəssislərinin nəzarətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR