Yuri Syomin: “Krasnodar” “Qəbələ”ni qiymətləndirməlidi”

Yuri Syomin: “Krasnodar” “Qəbələ”ni qiymətləndirməlidi”
# 01 oktyabr 2015 10:22 (UTC +04:00)

Bakı – APA. “Krasnodar”ı asan olmayan rəqiblə görüş gözləyir. Azərbaycan çempionatında “Qarabağ” komandası var, hansı ki, “Karsnodar”la oyun üslubları oxşardı. “Qəbələ”yə gəldikdə isə Oleq Kononovun yetirmələri çətinliklə üzləşəcəklər”. Apasport.az saytı xəbər verir ki, bu sözləri təcrübəli rusiyalı məşqçi Yuri Syomin deyib.

Ölkəsinin mətbuatına açıqlama verən Syomin sabiq komandası “Qəbələ”nin Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün “Krasnodar”la keçirəcəyi görüşə toxunub.

“Qəbələ” haqda müsbət fikirlər səsləndirən mütəxəssis qeyd edib ki, “Krasnodar” rəqibini qiymətləndirməsə, problemlə üzləşə bilər: “Azərbaycanlıların güclü müdafiə xəttini yarmaq “Krasnodar” üçün heç də asan olmayacaq. Mən bu görüşdə çoxlu qol gözləmirəm. Çox güman ki, bərabər səviyyəli oyun gedəcək. “Krasnodar” rəqibi qiymətləndirməlidi. Onlar üçün əsas olan budu. “Qəbələ” stabil layihədi. Bura həm komandanın oyun tərzi, həm futbolçuları, həm də klub rəhbərliyi aiddi. Klubun sahibləri onu çox ağıllı və uğurlu şəkildə inkişaf etdirirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR