Azərbaycan XİN: Həmsədr ölkələr Ermənistana sanksiyaların tətbiq olunması məsələsini nəzərdən keçirməlidir - VİDEO

Azərbaycan XİN: Həmsədr ölkələr Ermənistana sanksiyaların tətbiq olunması məsələsini nəzərdən keçirməlidir - <span style="color: red;">VİDEO
# 27 fevral 2015 10:01 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Azərbaycanın mövqeyi ondan ibarətdir ki, ATƏT-in Minsk qrupunun bütün ölkələri Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi üçün öz töhfələrini verməli, aktivlik nümayiş etdirməlidir”.

APA-nın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, münaqişənin həllində iştirakının vacibliyi səslənən Almaniya və Türkiyə də ATƏT-in Minsk qrupunun üzvüdür: “Ümumilikdə yekun məqsəd Azərbaycan ərazilərinin işğaldan azad olunması, məcburi köçkünləri öz evlərinə qayıtmasıdır.

Almaniya və Türkiyənin Minsk qrupunun həmsədr ölkəsi olması hələlik gündəlikdə deyil.

Həmsədr ölkələrdən isə gözləntimiz odur ki, Ermənistanın destruktiv, danışıqlar prosesinə xələl gətirmək siyasətini nəzərə alaraq, bu ölkəyə fərqli münasibət sərgiləsinlər, məcburedici tədbirlər, o cümlədən sanksiyaların tətbiq olunması nəzərdən keçirsinlər”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR