Bakıda itkin düşən şəxsin meyiti dəniz kənarında tapılıb

Bakıda itkin düşən şəxsin meyiti dəniz kənarında tapılıb
# 04 iyul 2016 09:33 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda itkin düşmüş şəxsin meyiti tapılıb.

Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Xəzər dənizinin Şüvəlan qəsəbəsi ərazisindəki dəniz çimərliyində naməlum kişi meyiti aşkarlanıb.

Araşdırmalar zamanı meyiti tapılan şəxsin iyulun 2-də Sabunçu rayonunda itkin düşmüş Əmrah Əliyev olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR