Göyərçin üstündə həmkəndlisini öldürməkdə təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Göyərçin üstündə həmkəndlisini öldürməkdə təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib
# 29 iyun 2015 07:45 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Şirvan Apellyasiya Məhkəməsində həmkəndlisini öldürməkdə təqsirləndirilən Təbriz Mirzəyevin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə qərar elan edilib. Qərara görə, şikayət təmin edilməyib.

Qeyd edək ki, Sabirabadın Cəngən kəndində 19 yaşlı Mirzəyev Təbriz Absət oğlu həmkəndlisi Məmmədov Vasif Akif oğlunu bıçaqlayıb. Xəstəxanaya çatdırılan V. Məmmədov əməliyyat zamanı ölüb.

Aparılan araşdırmalar zamanı onlar arasında göyərçin üstündə mübahisə baş verdiyi məlum olub. Belə ki, qətli törədən Təbriz Mirzəyev bir müddət əvvəl Vasif Məmmədovun bacısı oğlunun göyərçinini oğurlayıb. Məsələni aydınlaşdırmaq üçün zəngləşən həmkəndlilərin görüşü mübahisə və qətllə bitib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T. Mirzəyev 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək cəzasının azaldılmasını istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR