Adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
# 29 aprel 2015 08:33 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Zamin Məcidlinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası mayın 5-nə təyin edilib.

Qeyd edək ki, Z. Məcidli Nurlan Xudiyevi borc pul üstündə bıçaqlayaraq qətlə yetirib.

Z. Məcidli Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR