Gəncədə məktəbli dərmandan zəhərlənib

Gəncədə məktəbli dərmandan zəhərlənib
# 17 yanvar 2015 13:43 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə zəhərlənmə hadisəsi baş verib.

APA-nın qərb bürosunun məlumatına görə, Gəncə şəhər sakini, 1998-ci il təvəllüdlü Aytac Zeynalova halı pisləşdiyindən xəstəxanaya yerləşdirilib.

İlkin tibbi yardım edildikdən sonra dərman preparatı ilə zəhərlənmə diaqnozu qoyulan 10-cu sinif şagirdi reanimasiya şöbəsinə qaldırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Araşdırma zamanı məlum olub ki, A.Zeynalova özünü pis hiss etdiyinə görə dərman həbi qəbul edib və bunun nəticəsində zəhərlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR