Kanadada yük qatarı qəzaya uğrayıb

Kanadada yük qatarı qəzaya uğrayıb
# 11 aprel 2015 00:52 (UTC +04:00)

Bakı-APA Kanadanın Alberta əyalətinin Ketrin şəhəri yaxınlığında taxıl daşıyan qatarın 20 vaqonu relsdən çıxıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumatına görə, insident nəticəsində xəsarət alan olmayıb.

Relsdən çıxan vaqonların bir qisminin ciddi zədələndiyi bildirilir. Qəzanın səbəbləri araşdırılır.

Ketrin Alberta əyalətinin ən iri şəhəri Kalqarıdən 45 km şimal-şərqdə yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR