Həmkəndlisini bıçaqlayan şəxs tutulub

Həmkəndlisini bıçaqlayan şəxs tutulub
# 27 oktyabr 2015 10:21 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Neftçalada adam bıçaqlayan şəxs tutulub.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, oktyabrın 26-da Neftçala rayonunun Qaçaqkənd kəndində kənd sakini Səbuhi Əsədov münaqişə zəminində həmkəndlisi Fərrux Səmədova bıçaqla xəsarət yetirib.

Neftçala rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Əsədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR