Azərbaycanda 16 min nəfər sərxoşdan 125-nin narkotik istifadəçisi olduğu aşkarlanıb

Azərbaycanda 16 min nəfər sərxoşdan 125-nin narkotik istifadəçisi olduğu aşkarlanıb
# 11 avqust 2015 08:04 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Bu ilin 6 ayı ərzində sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinədən 15 min 904 nəfər keçib.

Onlardan 360 nəfəri narkotik vasitələrin istifadəsinə görə müayinə olunub. APA-nın məlumatına görə, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun 2015-ci ilin 6 ayı ərzində ölkə üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizənin nəticələrinə dair hesabatda əksini tapıb.

Müayinələr zamanı 125 nəfər narkotik vasitələrin istifadəçisi aşkarlanıb və Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində müvafiq qeydiyyata götürülüb. Bununla yanaşı, cari ilin 6 ayı ərzində 1202 nəfər stasionar müalicəyə qəbul olunub ki, onlardan 579 nəfərə “Alkoqol qəbul nəticəsində psixi və davranış pozuntuları”, 501 nəfərə “Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntları”, 122 nəfərə isə digər diaqnozlar qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR