Yol qəzasında ağır bədən xəsarətləri alan şəxsə kompensasiya ödənilib

Yol qəzasında ağır bədən xəsarətləri alan şəxsə kompensasiya ödənilib
# 10 mart 2015 08:19 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. İcbari Sığorta Bürosu (İSB) tərəfindən növbəti kompensasiya ödənişi həyata keçirilib.

İSB-dan "APA-Economics"ə verilən məlumata görə, 2014-cü il noyabrın 1-də Bakı şəhəri, Nərimanov rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində ağır dərəcəli bədən xəsarətləri alması ilə əlaqədar Azərbaycan Respublikasının vətəndaşına 1 500 manat məbləğində kompensasiya ödənişi verilib.

Qeyd edək ki, kompensasiya ödənişi poçt vasitəsi ilə 2015-ci il martın 6-da köçürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR