Ziya Bünyadov prospektində asfalt-beton örtüyünün sonuncu qatı vurulub - FOTO

Ziya Bünyadov prospektində asfalt-beton örtüyünün sonuncu qatı vurulub - <span style="color: red;">FOTO
# 16 dekabr 2014 11:43 (UTC +04:00)

Bakı. Aynur Əliyev - APA-Economics. Bakının Ziya Bünyadov prospektinin Böyük Şor yol qovşağına birləşən sahəsində və dönmə əməliyyatı üçün nəzərdə tutulan hissəsində asfalt-beton örtüyünün sonuncu qatının vurulması gecə saat 02:00 radələrində başa çatdırılıb.

Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, hazırda yolun hərəkət hissəsinin üfüqi nişanlanması işi yerinə yetirilir.

Bu işlər başa çatdırıldıqdan sonra yolun bağlı hissəsinin açılması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR